Ev sahibinin azyaşlı övladının köməyilə 20 min manatlıq qızıl oğurlanıb - Cəlilabadda

Cəlilabad rayonunda evdən iki həftə müddətində qızıl əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, Ş.Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından köməklik göstərib. Belə ki, o, Ş.Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq Ş.Salmaovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












