Evdən 3 min manatlıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıb - FOTO

Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağlar Massivində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq içəridən naməlum şəxslər tərəfindən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlanıb. DİN Mətbuat Xidmıtindən Avtosfer.az-a verilən məlumata görə, bu barədə Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rauf Əliyev, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb.
Dəstə üzvlərindən biri – R.Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz R.Əliyevin təklifi ilə qeyd edilən mənzildən oğurluq etdikləri məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa dəstənin digər üzvü F.Quliyevin avtomobili ilə gediblər. Elə F.Quliyev oğurluq əşyaları sonradan 300 manat müqabilində digər şəxslərdən alaraq yaşadığı evə aparıb.
Saxlanılan şəxs barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxslərin digər cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 42-ci Polis Bölməsinə müraciət edə bilərlər.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO















