Evdən 32000 dollar və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıb

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə qrupun digər üzvü R.Cabbarov da saxlanılıb.
Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












