Evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlanıb - VİDEO

Bakıda mənzilə pəncərədən daxil olan şəxs və ya şəxslər evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlayıblar. Hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində baş verib. Ev sahibi Gülbahar İbrahimovanın sözlərinə görə, hadisə yaxın qohumlarının yas mərasiminə getdikləri vaxt olub. Hadisədən isə kiçik oğlu axşam saatlarında evə gələrkən xəbər tutub.
Qadının sözlərinə görə, naməlum şəxs və ya şəxslər evə pəncərədənb daxil olduqdan sonra şkafdan 64 min 500 manat pul, 5 mindən çox dollar və 15 min manata yaxın dəyəri olan qızıl zinət əşyası oğurlayıblar. Onlar dəhal hadisə ilə bağlı ərazi üzrə 4-cü polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə gələn əməliyyat qrupu evdən əl barmaq izləri götürüblər.
Zərərçəkmişin sözlərinə görə, həmin mənzildə bir neçə il olar ki, yaşayırlar. Amma bu vaxta qədər nə qonşularla, nə də qohumları ilə ədavətləri olmayıb. Bu səbəbdən də qadın hadisə ilə bağlı konkret olaraq kimdənsə şübhələnmir.
Məsələ ilə bağlı 4-cü polis şöbəsindən bildirdilər ki, hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Faktla bağlı Binəqədi rayon polis idarəsinin istintaq söbəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










