Evdən oğurluq edən 3 qadın tutulub - Zərdabda

Zərdabda oğurluq edən qadınlar tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab rayon Məmmədqasımlı kənd sakini Eyvazov Fuad Əlhəddin oğlu Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən gün evdə olmadıqları müddətdə pul kisəsində olan 240 manatın, sandıqda olan 5600 manatın, 500 rublun, 1600 dolların, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlandığını bildirib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Nadirova Seyran İsrafil qızı, onun bacısı Nazlı Mahmudova və tanışları Bəkirova Xəzəl Əli qızı tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı məlum olub ki, qadınlar zərərçəkənin fərdi yaşayış evinin giriş qapısının gizlədilmiş açarını taparaq, qapını açma yolu ilə evə daxil olub və oğurluq ediblər.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












