Evdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Bakıda evdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib. Bu barədə zərərçəkən Xətai rayon Polis idarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?













