Evdən oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda Pakistan vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən Qurban Məhərrəmovun cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. Ümumilikdə, cinayət işində 24 zərərçəkmiş var.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci polis şöbəsinə məlumat verib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










