Evdən pul oğurlayan yeniyetmə tutulub - FOTO

Tərtər rayonunda həmkəndlisinin evindən pul oğurlayan yeniyetmə saxlanılıb. Tərtər rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Elvin Kərimovun"Report"un Qarabağ bürosuna verdiyi məlumata görə, rayonun Bayandur kənd sakini Novruz Həsənov Polis şöbəsinə evindən 385 manat pulun oğurlanması ilə bağlı müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu elə kişinin 17 yaşlı həmkəndlisi Muradlı Cahandar Vəfadar oğlu törədib.
Saxlanılan şəxs əməlini etiraf edib və hadisəni günorta saatlarında, evdə heç kim olmayan zaman törətdiyini bildirib. O, sandıqdan götürdüyü pulun bir hissəsini xərclədiyini, qalanını isə yaşadığı evdə gizlətdiyini, sonda isə polisə təhvil verdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














