"Evdən tək çıxan kimi, üz-göz qoymurlar" – VİDEO

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Tovuzun Alakol kənd sakini 42 yaşlı Azər Məmmədov Şəmkir sakini Elşən Ələsgərovla mübahisə edib və bu zaman Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Elşən qisas almaq üçün evindən bıçaq götürərək onu döyən Azər Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Azər Məmmədovun vəziyyəti ağır, Elşən Ələsgərovun isə orta-ağırdır. Elşən Ələsgərov – Bıçaqlayan şəxs: "Dava düşdü, birinci o mənə kəllə atdı. 3-4 nəfər idilər. Yıxıb döydülər. Mən də durdum getdim. Şəmkirin Qapanlı kəndindənəm, ora gəlməyəm. Gəlmə olduğuma görə təkləyib döyürdülər. Tək çıxmağıma peşmanam, üz-göz qoymurlar. Öz dostumla gedib oturub 2 stəkan çay içib dərdimi danışa bilmirəm". Faktla bağlı Tovuz RPŞ əməkdaşları tərəfindən araşdırmalar aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












