Evə basqın edən maskalı şəxslər yaşlı ev sahibinə xəsarət yetirdilər - FOTO

Tovuz rayonunda qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları tələb edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini Zərniyar Səmədova rayon polis şöbəsinə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan iki nəfər maska taxmış şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib. Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin rayonun Mülkülü kənd sakini, 24 yaşlı Azad Ələkbərov və onun tanışı, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı, cinayətin törədilməsində istifadə olunan bir ədəd maskanı təqdim ediblər. Faktla bağlı araşdırma aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO



















