“Evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir”

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama münasibət bildirən A.Muxtarov özünü qismən təqsirli bilib və qeyd edib ki, evə basqın edərkən əlində silah olmayıb. Prosesdə ifadə verən zərərçəkmiş İlkin Əsgərov bildirib ki, qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib: “Gəlib gördüm ki, 800 manatdan çox pul və əşyalar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib”. Digər zərərçəkmiş Aysel Mustafayeva isə qeyd edib ki, təqsirləndirilən şəxs qohumudur: "Evində müzakirə ediblər ki, bizim evdə pul var. Çünki mənim atam zərgər olub. Hadisə günü evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir. Biz həyətə girəndə qaçdı. Evdən ümumilikdə 1500 manata yaxın pul və əşyalar aparıb”. İclas oktyabrın 10-da davam edəcək. İttihama görə, ötən il dekabrın 26-da Bakının Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb. Hadisəni törədən Aydın Muxtarov həbs edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












