Evin damına meteorit qalıqları düşüb

Yaponiyanın Ayti prefekturasının Komaki şəhərindəki yaşayış evinin üstünə meteorit qırıntıları düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, hadisə vaxtı binanın içində olan sakinlər güclü zərbə səsi eşidiblər. Sonra isə evin yanında 10, 5 və 4 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar meteorit parçalarıdır. Onlar maqnit xüsusiyyətlərinə malikdir və metal əşyaları cəlb edirlər. Yaponiyalı alimlər meteoritin nümunələrinin öyrənilməsini davam etdirmək və onun beynəlxalq reyestrdə rəsmi qeydiyyata alınması üçün sifariş hazırlamaq niyyətindədirlər. Xatırladaq ki, bir müddət əvvəl Niderlanda da yaşı 4,5 milyard il olan meteorit düşüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












