Evində saxta pul hazırlayan ana və oğul tutuldu - FOTOLAR

Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeronda saxta pulla vətəndaşları aldatdıqlarına görə saxlanılıblar. Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat mağazasında əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş ana və oğlu isti izlərlə tutularaq istintaqa təhvil verilib. Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, ailənin digər üzvü Yusif Əsgərov da həmin cinayət əməlinə görə məhkumluq həyatı yaşayır.






WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO








