Evləndikləri gün öldülər - Dünənki dəhşətli qəzanın təfərrüatı

Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində 50 DF 025 nömrəli "KamAZ"la toqquşan "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkirdən gəlirmiş. Belə ki, Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb. Bildirilir ki, Rahid Şahmuradov Xaçmazda yaşayırmış və bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Bu yaxınlarda qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə R.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib. Maşınla Bakıya daxil olmadan Quba-Xaçmaz istiqamətinə daha qısa və rahat getməyə imkan yaradan yola daxil olan R.Şahmuradov 5-ci kilometrlikdə avtomobili Taleh Ağayevin sürdüyü “KamAZ”a çırpıb. Zərbənin gücündən sürücü ilə yanaşı, yeni ailə qurduğu G.İsmayılova və qadının 4 yaşlı övladı İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












