Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?

Gündəm 6 Aprel 2026 16:56
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qeyri-sabit hava şəraiti ilə əlaqədar bir çox vətəndaşa məxsus şəxsi əmlaklara ziyan dəyib. Evlər, maşınlar və digər əşyalar külli-miqdarda zərər görüb.

Bəs vətəndaşlara dəymiş zərər necə ödəniləcək?

Mövzu ilə bağlı sığorta eksperti Emin Allahverdiyev açıqlama verib. Ekspert qeyd edib ki, son günlərdə yağan intensiv yağışlar nəticəsində həm yaşayış, həmdə qeyri-yaşayış fonduna zərər dəydiyini müşahidə etmiş oluruq. Qeyd etmək istərdim ki, bu hadisələrdə daşınmaz əmlaklarla yanaşı, eyni zamanda vətəndaşların daşınar əmlaklarına da ciddi zərər dəymiş və bununla bağlı sığorta şirkətlərinə müraciətlər də olmuşdur. Leysan xarakterli yağışlar nəticəsində daşınmaz əmlaka zərər dəydikdə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta təminatının alınması mümkündür. Bu sığorta məhsulunun əsas təminatlarına məhz elə təbii fəlakətlər nəticəsində əmlakın zədələnməsi, zərər görməsi və ya hər hansı formada itkisi daxildir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarına gəldikdə isə Bakı şəhəri üzrə sığorta haqqı 50,00 AZN təşkil edir və vətəndaş bu məbləği ödəməklə 25.000,00 AZN-lik bir sığorta təminatına sahib olunursa, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta haqqı 40,00 AZN olmaqla təminat məbləği 20.000,00 AZN təşkil edir. 

O açıqlayıb ki, respublikanın digər regionlarında isə sığorta haqqı cəmi 30,00 AZN olmaqla, 15.000,00 manatlıq bir təminat təqdim edilir. Buradan da göründüyü kimi sığorta haqları kifayət qədər əlçatandır və ildə bir dəfə sığorta haqları ödəməklə sığorta təminatı əldə etmək mümkündür.
Bu sığorta məhsulunun təminat dairəsinə daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlər aiddir.

“Bundan başqa daşınar əmlakların da sığortalanması mümkündür ki, bu da “Könüllü əmlak sığortası” ilə mümkündür. Leysan xarakterli yağışlarda həm fiziki şəxslərin, eyni zamanda sahibkarlıq subyektlərinin də daşınar əmlaklarına ciddi zərər dəydiyini biz müşahidə etmiş olduq. Bu konteksdə əlbətdə ki, zərərin aradan qaldırılması üçün sığorta mexanizmdən istifadə edilməlidir. Daşınar əmlaklara istər ev əşyaları, istərsə də digər avadanlıqlar, eləcə də sahibkarlıq subyektlərinin mal və materialları və digər məhsulları aid ola bilər.”deyə, ekspert söyləyib.

Onun sözlərinə görə, könüllü sığortanın üstünlüklərindən biri də məhz istehlakçının sığorta şəhadətnaməsini dizayn etmə imkanına sahib ola bilməsidir ki, bu da vətəndaşın daha geniş imkanlarının, sığorta müqaviləsinə əlavə təminatların daxil edilməsinə gətirib çıxaran amildir.

Sığorta müqaviləsinin bağlanması üçün isə əmlaka mülkiyyət hüququq verən sənədlərlə yanaşı, şəxsin fərdi məlumatları təqdim olunmalıdır ki, müqavilənin bağlanması mümkün olsun.
Vacib məlumatı da bildirmək istərdim ki, hər hansı bir hadisə baş verdiyi zaman mütləq qaydada baş vermiş hadisə barədə mümkün olan ən qısa müddət ərzində həm sığorta şirkətinə məlumat verilməli, eyni zamanda hadisəni qeydiyyata alan müvafiq icra hakimiyyəti orqanı da məlumatandırılmalıdır. Bu məlumatlandırılmalar edildikdən sonra sığorta şirkəti dəymiş zərərin həcmini müəyyənləşdirir və zərərçəkmiş şəxslərə maliyyə kompensasiyasının ödənilməsini və ya dəymiş zərərin digər formalarda aradan qaldırılmasını təmin edir./Ajans.az

Oxunub : 326
ŞƏRH YAZ
Ad

E-mail

Şərh