Evlərdən oğurluq edən dəstə üzvlərinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, Fərrux Yarəliyev və Alim Balabəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən R.Tahirovla S.Seyidovun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib. Qeyd edək ki, hadisə Qusar rayonunda baş verib. Rəsmi məlumata əsasən, M.Əlirzayev, R.Tahirov, S.Seyidov, F.Yarəliyev və A.Alabəyov rayonun Yeni Həyat kəndində 3 evdən 200 ABŞ dolları, 3000 rubl və 2250 manat pul, habelə məişət əşyaları oğurlayıblar. Qusar rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Araşdırma zamanı onların quldurluq əməli də törətdiyi məlum olub.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












