Evlərdən oğurluq edən şəxs saxlanılıb - Neftçalada

Neftçala rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar. R.Qədirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib. Görülən tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Müəyyən edilib ki, bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












