Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulublar

Tovuz rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tovuz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan rayonunun Aşağı Öysüzlü kənd sakinləri, 27 yaşlı Anar Cəfərli və onun bibisi oğlu 29 yaşlı Eşqin Hüseynov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər iki şəxs bu il aprelin 28-də yaşadıqları kənddəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və 296 manat nağd pul oğurlayıblar. Daha sonra onlar rayonun müxtəlif ərazilərində yerləşən digər 5 evdən də oğurluq ediblər. A.Cəfərli və E.Hüseynov sentyabr ayına qədər olan müddətdə müxtəlif vətəndaşlara məxsus evlərdən 6115 manat, 5550 ABŞ dolları, 70 000 rubl və 15 000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları oğulayaraq vətəndaşlara ziyan vurublar. Qohumlar oğurluq faktlarını, əsasən, sahiblərin evdə olmadığı vaxt ərzində törədiblər. Onların oğurladıqları qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












