Evlərdən silsilə oğurluq edən dəstə saxlanılıb - FOTO

Bərdə rayonunda mənzillərdən oğurluq edən 3 nəfərdən ibarət dəstə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi Mətn Qəmbərov "Report"a bildirib ki, rayonda oğurluqla məşğul olan dəstə üzvləri tutulublar. Belə ki, Bərdə rayon sakinləri Qurbanlı Zamin Cəlal oğlu, Allahverdiyev Həsən Abbas oğlu və Yusifli Tamerlan Rza oğlu bu ilin sentyabr və oktyabr aylarında qabaqcadan əlbir olaraq həmyerliləri Abdullayev Rəhim Zülfüqar oğlu, Süleyman Svetlana Cavanşir qızı, Qasımova Kəmalə Əhməd qızı və Adıgözəlov Rəhilə Xanlar qızına məxsus mənzillərə qanunsuz daxil olublar. Saxlanılan şəxslər mənzillərdən pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar. Onlar vətəndaşlara 4500 manat maddi ziyan vurublar. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb istintaq aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO

















