Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi

Kolumbiyada evli qadın və onun sevgilisi "Uber" taksisi sifariş verib, sürücünün qadının əri olduğunu gördükdə təlaşa düşüblər. Avtosfer.az oxu.az-a istinadən bildirir ki, bu barədə "El Espectador" nəşri yazır. Nəşrin məlumatına əsasən, Eymi adlı qadın və onun sevgilisi Xesus Barrios bir ildən çox öz münasibətlərini gizlədiblər. Çərşənbə axşamı Eymi və Xesus Santa-Marta şəhərində görüşüblər və yerli motellərdən birinə gediblər. Cütlük bilməyib ki, Eyminin əri dostunun avtomobilini götürüb və sonuncunun "Uber"də sürücü hesabından istifadə edib. Sevgililər sürücünün Leonardo adlı şəxs olduğu barədə bildiriş alıblar, və onun əvəzinə Eyminin ərini görəndə çox təəccübləniblər. Yerli KİV yazır ki, Eymi və əri bir-birlərini qadının maşına əyləşməsindən sonra tanıyıblar. Şahidlər hadisə barədə müxtəlif versiyalar danışırlar. Bəzi şahidlərin sözlərinə görə, hər üç şəxs maşından çıxıblar və kişilər küçədə dalaşmağa başlayıblar. Eymi isə onları ayırmağa çalışıb. Digərləri isə bildirirlər ki, qadın və onun sevgilisi maşından çıxıb qaçıblar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












