Evli qadını intim videoları ilə şantaj edib 12 min manatını aldılar - Bakıda

Qaradağ rayon Məhkəməsində evli qadını şantaj edib pulunu alan şəxsin məhkəməsi başlayıb. Avtosfer.az big.az-a istinadən xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj edib. Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO











