Evli qadının əri onunla yazışan 23 yaşlı oğlana AĞLASIĞMAZ İŞGƏNCƏ VERDİ - FOTO

Sosial şəbəkədə tanış olduğu qadın tərəfindən aldadılan 23 yaşlı Murat Aydın zorla evə aparılaraq dilim-dilim doğrandığını iddia edib. Avtosfer.az big.az-a istinadən xəbər verir ki, 23 yaşlı gənc mətbuata sosial şəbəkədə tanış olduğu qadın tərəfindən necə aldadıldığını açıqlayıb. O bildirib ki, bir müddət sosial şəbəkədə Sevgi.U adlı qadınla danışıb: "O, mənə subay olduğunu və valideynləri ilə yaşadığını bildirmişdi. Mən də subay olduğum üçün onunla bir müddət yazışdıq. Onun yazdıqlarından və hərəkətlərindən şübhələndiyim üçün görüşmək istəmədim. Ancaq o, məni rahat buraxmadı. Mənə qadının evil olduğunu və ondan canımı qurtarmaq üçün pul istədilər. Sonra qadının mənlə saxta adla danışdığını öyrəndim. Bir gün işlədiyim yerə gələrək mənimlə danışmaq istədiyini söylədi. Mən də onunla son dəfə danışmaq üçün yanına getdim. Həmin an bir kişi qadının əri olduğunu deyərək onunla məni zorla bir evə apardılar. O evdə dəhşətli işgəncələrə məruz qaldım. Qadın və əri məni huşumu itirənə qədər döydülər. Bədənimdə siqaret söndürüb, dilim-dilim kəsdilər. Mən özümə gələndə bağırmağa başladım. Səsimi eşidənlər polisə xəbər ediblər. Bu zaman qadın paltarlarını, üz-başını cırıb mənim evə zorla girdiyimi bildirdi. Ancaq ətrafdakı təhlükəsizlik kameralarına baxsaydılar həqiqəti görərdilər". Murat Aydının anası Halisə Aydın bildirib ki, oğlu bankdan götürdüyü 8 minə yaxın pulu şantajçılara verib: "Bir gün evimizə oğlumun evil qadınla görüşdüyünü və onun əri tərəfindən şantaj edildiyini bildirdilər. Sonra öyrəndik ki, oğlum sosial şəbəkədə fırıldaqçı qadınla yazışırmış".
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO








