Faciəyə göz yuman qəza tamaşaçıları – VİDEO

Heç kim qəzadan sığortalanmayıb və bu qəzalar zamanı xəsarət, ölüm faktları da baş verir. Amma əfsuslar olsun ki, bəzi vətəndaşlar kimlərinsə bədbəxtçiliyinə göz yumur və bəzi hallarda onlara qarşı laqeyd münasibət bəsləyir. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Buna misal olaraq, bir neçə gün öncə paytaxtın Ziya Bünynadov prospektində baş verən qəzanı göstərmək olar. Hadisə zamanı yaralanan şəxsin halına acımaq əvəzinə yol kənarında dayanan bir neçə vətəndaş bu mənzərəyə gülüşlə yanaşır. Oxşar mənzərəni istənilən yol-nəqliyyat hadisəsi zamanı görmək olar. Yaralı, can verən şəxsin həyat uğrunda mübarizəsinə can yandırmaq əvəzinə maraq üçün ora yığışan insanlar kifayət qədərdir.
Aydınxan Əbilov - Kulturoloq: "Xarici ölkələrdə bu mərhələni keçiblər. Çəkiliş zamanı çalışırlar ki, yaralının üzü görsənməsin. Bunun mənəvi tərəfi də var".
Burda digər məsələ yolun hərəkətə bağlanmasıdır. Hadisəyə tamaşa etməyə gələn sürücülər öz avtomobillərini nizamsız şəkildə saxlayır. Bu isə qəza yerində növbəti qəzaya zəmin yaradır. Yolun qəza tamaşaçıları tərəfindən zəbt olunması hadisə yerinə gələn polis, təcili tibbi yardım avtomobillərinin işinə də mane olur. İtirilən bir-iki dəqiqə isə ağır fəsadlara yol aça bilər.
Fərhad Eyyubov - Ekspert: "Sürücülük vəsiqəsini alanda bu mövzularda məlumat verilir. İnsanların bu haqda ya xəbəri yoxdur, ya da laqeyd yanaşırlar". Unutmaq lazım deyil ki, qəzaya uğrayan və xəsarət alan şəxs hər kəsin yaxını, əzizi hətta özü ola bilər. Yardım etməsək belə, onun fəsadlarının aradan qaldırılmasına da mane olmayaq.



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












