Fazil Mustafadan Səyyad Aranın çıxışına REAKSİYA

Milli Məclisin İnsan Hüquqları Komitəsinin ötən gün keçirilən iclasında deputat Səyyad Aran nazirlərin qəbuluna düşməyin çətinliyindən danışıb. O qeyd edib ki, deputatlar xalqın əli çatan şəxslərdir və onların səlahiyyətləri artırılmalıdır.
Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, həmkarının məsələ ilə bağlı konkret narazılığı varsa və ya hansısa çətinliklərlə qarşılaşırsa, əlbəttə, bu məsələ konkretləşdirilməli, söhbətin hansı nazirlərdən getdiyi müəyyənləşdirilməli və onların diqqətinə çatdırılmalıdır:
“Məncə, xüsusi səlahiyyətlər məsələsindən daha çox, subyektiv maneələri ortadan qaldırmaqdan söhbət gedə bilər. Çünki deputatın qanunvericilikdə kifayət qədər səlahiyyətləri var. Biz daha çox prezidentli respublika olduğumuza görə, hökumətin formalaşmasına parlamentin çox da əhəmiyyətli təsir göstərmək imkanı yoxdur. Bu baxımdan da deputatlar parlamentli respublikalarda daha çox səlahiyyətə sahib olurlar. Nəzarət funksiyasını da daha çox yerinə yetirə bilirlər.
Biz yalnız büdcə üzərində nəzarəti həyata keçirmək imkanına sahibik və bununla bağlı müəyyən prosedur formaları var ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. Amma konkret olaraq hansısa problemin həlli istiqamətində nazirliklər daha diqqətli davranmalı və bu istiqamətdə parlamentlə əməkdaşlıq etməkdən çəkinməməlidirlər.
İndi mənim konkret hansı istiqamətdə hörmətli millət vəkilinin müraciətlərinə cavab verilmədiyi barədə məlumatım yoxdur. Hər halda, bunu konkretləşdirib aydınlıq gətirmək olar. Məncə, parlament və hökumət arasında bu cür subyektiv anlaşılmazlıq varsa, bu, dərhal ortadan qaldırılmalıdır”./redaktor.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












