Fəhlələr niyə ölmək istədilər? - SƏBƏB

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamaya görə, altı nəfərin intihara cəhd etməsinin səbəbi əməkhaqlarını ala bilməməsi olub: “Onlar “Aves” MTK-dan işdən azad olunublar. İki aylıq əməkhaqları olan 1200 manat pul onlara ödənilməyib. Buna etiraz əlaməti olaraq, Sabunçu rayon sakinləri - 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu, 1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd ediblər”. “Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












