Fəridə 14 min manatı tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası davam etdirilib. Hakim bildirib ki, cinayətdə iştirak etdiyi barədə şübhələr olan Aqşin adlı şəxs məhkəmə çağırışlarına cavab vermir. Şahid kimi tanınan Aqşin oğurluğu etməkdə ittiham olunan Nicatın dostudur. N.İsrafilov istintaqa ifadəsində oğurluğu Aqşinlə birgə törətdiyini və pulu böldüklərini deyib. Onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılsa da, polislər onu tapa bilməyib. Zərərçəkmiş F.Əzizova deyib ki, ona dəyən ziyandan 53 min manat ödənsə də, qalan 14 min 500 manat qaytarılmayıb. F.Əzizova da həmin pulu tələb etdiyini bildirib. İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












