FHN-in keçmiş vəzifəli işçisi barəsində cinayət işi məhkəməyə göndərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinin köməkçisi Gürsel Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, G.Seyidov barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsinin keçmiş rəisinə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 312.2-ci( vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












