FHN-in kitabında maşın yağıyla bağlı biabırçılıq - Cinsi əlaqə və bakirə qızlar

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. Avtosfer.az Criminal.az-a istinadən xəbər verir ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.
Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Bildirilir ki, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.
Kitabın səhifələrindən birində müəllif yazıb:
“Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbirə aparar”.
Daha sonra müəllif yazır: “40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.
Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir:
“Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: “İstəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.
Müəllif başqa bir səhifədə yazır:
“Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”.
Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”:
“Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR










