FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən Avtosfer.az-a bildiriblər ki, müraciətdə Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı qeyd olunub. Buna görə də təhlükəsizlik qaydalarına dəqiq əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və şənliklərin keçirildiyi məkanlarda bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır. İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalıdır. Məkanın iki çıxışı, ehtiyat qapı üzərində “Çıxış” sözünün yazıldığı yaşıl işıqlı elektrik lövhə olmalıdır. Eləcə də otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. “Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”,-deyə müraciətdə vurğulanıb.
Namiq
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










