FIA prezidenti: "Formula-1" böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir"

"Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır".
Avtosfer.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem deyib.
O, Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil.
"Formula-1" artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm", - deyə Məhəmməd bin Sulayem bildirib.
FIA prezidenti Azərbaycanın "Formula-1"lə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib.
"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var", - deyə Məhəmməd bin Sulayem bildirib.
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












