Flora Kərimovanın vəziyyəti - AÇIQLANDI

Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Avtosfer.az xəbər verir ki, sənətkarın köməkçisi Yaqut İmanovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib. “Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, - Xalq artistinin köməkçisi deyib. O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












