“Florens” qasırğası ABŞ-a 50 milyard dollara yaxın zərər vurub

"Florens" qasırğasının ABŞ-a vurduğu iqtisadi zərər 38 milyard dollardan 50 milyard dollara qədərdir, virtualaz.org məlumat verir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, söhbət daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən zərərdən gedir. Həmçinin yerli müəssisələrin gəlir əldə edə bilməməsi də buraya daxildir. Qasırğadan sonra sığorta kompaniyaları 1,7 milyard dollardan 5 milyard dollara qədər ümumi ödəniş ediblər. Beləliklə, "Florens" ABŞ tarixində ən dağıdıcı qasırğalar siyahısında yeddinci yeri tutub. Ölkəyə ən çox zərər (133,5 milyard dollar) 2017-ci ilin avqust ayında Texas ştatında tüğyan edən "Harvi" qasırğası nəticəsində dəyib. Onun ardınca isə "Mariya" (120 milyard dollar) və "İrma" (84,2 milyard dollar) qasırğaları gəlir. Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri "Florens" qasırğasının təsirinə məruz qalıb. Qasırğanın gətirdiyi güclü yağıntılar Virciniya, Şimali və Cənubi Karolina ştatlarının böyük hissəsinin su altında qalması ilə nəticələnib. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 41 nəfər həlak olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












