Formula 1 gələcək avtomobillərinin üç rəsmi konsepsiyasını açıqlayıb - FOTO

Formula 1-in mətbuat xidməti dünya çempionatının rəsmi saytında F-1 gələcək avtomobillərinin üç konsepsiyasını təqdim edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Formula 1 avtomobillərinin dizaynı yeni texniki reqlamentin tətbiq olunacağı 2021-ci ildə bu konsepsiyalara uyğun olacaq. Reqlamentin detalları dəqiqləşdirilir, lakin ümumilikdə gələcək qaydalara müvafiq konsepsiyalar artıq hazırlanıb. Ehtimal olunur ki, gizli görüşdən sonra konsepsiyalardan birinin mətbuata “sızması” nəticəsində Formula 1 onları açıqlamaq qərarına gəlib. Birinci konsepsiyada əsas diqqət pilotun başının qorunması sisteminin daha zərif şəkildə maşının dizaynına uyğunlaşdırılmasına yönəldilib. İkinci konsepsiya daha “cəsarətli” və təfərrüatlıdır. Belə ki, burada Formula 1-in gələcəkdə 18 düyümlük şinlərə keçməsi də nəzərə alınıb. Üçüncü konsepsiya olduqca müasirdir və özündə təkərlərdən gələn çirkli havaya nəzarət edən aerodinamik elementlərin ilk versiyasını ehtiva edir. Beynəlxalq Avtomobil Federasiyası və Formula 1-in rəhbərliyi 2019-cu ilin sonunadək dünya çempionatının gələcək reqlamentini təsdiqləmək, həmin vaxta qədər isə tədqiqatları davam etdirmək niyyətindədir.


Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












