“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, Bakıda 3-cü dəfə baş tutan “Formula 1” yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31 faiz artıb. Bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. “Formula 1” dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzlikləri və həyəcanverici anları ilə dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının, təxminən, dörddə biri əcnəbi tamaşaçıların payına düşür. Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Lüis Hemilton olub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












