Forum Qarabağda quruculuq işlərinə də töhfə verəcək - Rey Kərimoğlu - FOTO

“BMT-nin “Şəhərsalma üzrə Dünya Forumu”nun (WUF13) Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun daha da artdığını göstərir. Dünyanın müxtəlif ölkələrindən şəhərsalma, urbanizasiya və məcburi köç problemləri ilə məşğul olan mütəxəssislərin Bakıda bir araya gəlməsi həm regional, həm də qlobal baxımdan mühüm hadisə hesab olunur”.
Bu fikirləri Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin (AMZA) sədri Rey Kərimoğlu Avtosfer.az-a müsahibəsi zamanı səsləndirib.
O bildirib ki, forumun məhz Azərbaycanda keçirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri baxımından xüsusi əhəmiyyət daşıyır:
“Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və hazırda həmin ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər, yollar, tunellər, hava limanları və digər infrastruktur layihələri reallaşdırılır. Bu baxımdan beynəlxalq şəhərsalma forumunun Bakıda keçirilməsi olduqca vacibdir”.
Rey Kərimoğlu qeyd edib ki, forum çərçivəsində müxtəlif ölkələrin şəhərsalma sahəsindəki təcrübələri öyrənilir, yeni yanaşmalar müzakirə olunur və qarşılıqlı fikir mübadiləsi aparılır:
“Burada dayanıqlı inkişaf, müasir yaşayış məntəqələrinin qurulması, infrastrukturun inkişafı və urbanizasiya ilə bağlı mühüm məsələlər müzakirə edilir. Hesab edirik ki, bu forum Qarabağın yenidən qurulması prosesinə ciddi töhfə verəcək. Eyni zamanda tədbir investorların cəlb olunması və gələcək layihələrin istiqamətləndirilməsi baxımından da mühüm platformadır”.
AMZA sədri vurğulayıb ki, Azərbaycanda uzun illərdir öz doğma torpaqlarına qayıtmağı gözləyən bir milyona yaxın məcburi köçkün var və dövlət Böyük Qayıdış proqramı çərçivəsində sistemli fəaliyyət həyata keçirir:
“İnanırıq ki, forum çərçivəsində əldə olunan təcrübələr və qurulan beynəlxalq əlaqələr Böyük Qayıdış prosesinin daha da sürətlənməsinə, müasir şəhərsalma konsepsiyalarının tətbiqinə və azad olunmuş ərazilərin daha sürətli inkişafına mühüm töhfələr verəcək”.
Səfər
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













