Banner

Futbolda sensasiya yaratmış milyarderin ölümü - FOTO

Gündəm 30 Oktyabr 2018 02:45 Oxunub 927
Futbolda sensasiya yaratmış milyarderin ölümü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Helikopterin quyruq vinti sıradan çıxıbmış

İngiltərənin "Lester Siti" futbol klubunun prezidenti, tay milyarder, "King Power Duty Free" şirkətinin sahibi Viçay Şrivaddanaprabhanın faciəli ölümü araşdırılır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, 60 yaşlı milyarderin özəl helikopteri "Lester Siti"in "King Power Arena" stadionunda "Vest Hem Yunayted"ə qarşı matçdan bir saat sonra havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşərək alışıb. Qəzada 5 nəfər həlak olublar. Helikopterin pilotu Erik Svaffer daha böyük faciənin qarşısını alıb, nasaz helikopteri stadiondan kənara yönəldib. Helikopterin quyruq vinti sıradan çıxıbmış. Qəzada Viçay Şrivaddanaprabha, onun köməkçiləri Nursara Suknamay və Kaveporn Punpare, İzabella Roza Lexoviç və pilot Erik Şvaffer həlak olublar. Avtomobil dayanacağının yanına düşən helikopteri yanğınsöndürənlər 20 dəqiqəyə söndürüblər. Qəza yerinə ilk çatanlardan biri "Lester Siti"nin qapıçısı Kasper Şmeyhel olub. Taylandın paytaxtı Banqkokda doğulmuş Vişay Şrivaddanaprabha ölkəsinin ən varlı iş adamlarının siyahısında 4,9 milyard dollarlıq varidatla 5-ci yeri tuturdu. İş adamı "Lester Siti"ni 2010-cu ildə, klub İngiltərə futbol çempionatının 2-ci liqasınqda çıxış edəndə 39 milyon funt-sterlinqə satın almışdı. 2010/2011-ci ilər mövsümünə çox uğursuz başlamış komanda 9 matçda cəmi 1 qələbəyə nail olmuşdu. Lakin 2014-cü ildə 2-ci liqada qalib gələn klub premyer-liqaya yüksəldi. 2016-cı ildə isə əvvəlki mövsümün autsayderi olan "Lester Siti" bütün proqnozlara rəğmən İngiltərə premyer-liqasının çempionu titulunu qazandı. Bu, "Lester Siti"nin 132 illik tarixində ən böyük qələbə idi. Premyer-liqada mövsümün əvvəllində "Lester Siti"nin çempionluq şansını bukmekerlər 1:5000 kimi dəyərləndirirdilər. Vişay Şrivaddanaprabha klubun fanatik azarkeşi idi və "Lester Siti"nin bütün "ev" matçlarına baş çəkir, stadiona özəl helikopterlə gəlirdi. Əsl ad və soyadı Vişay Raksriaksorn olan iş adamının "Şrivaddanaprabha" soyadının tay dilində mənası "nurlu şöhrətin işığı"dır. Bu soyadı ona Taylandın mərhum kralı Bhumibol Aduloyadey vermişdi. "Lester Siti"nin inkişafına milyonlarla dollar yatıran iş adamı Lester şəhərinə də böyük məbləğdə ianələr bağışlamışdı. Milyarder olmasına rəğmən, çox sadə və səmimi Şrivaddanaprabhanı "Lester Siti"nin azarkeşləri çox sevirdilər. Qəzada həlak olmuş Nursara Suknamay isə 2005-ci ildə "Miss Tayland" və "Miss Fotogeniklik" seçilmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh