“Galendewagen”lə deputatın qarşısını kəsdi, çənəsini sındırıb Bakıya qaçdı – VİDEO

Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayemə naməlum şəxslər tərəfindən hücum olub. Hadisə aprelin 30-da Kiyevdə baş verib. M.Nayem özünün “Facebook” səhifəsində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib. Daha sonra 4-5 nəfər onu döyüb. Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil. Patrul polisinin başçısı Yuri Zozul faktı təqdisləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub.
Mustafa Nayemon özünün dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb. “Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək, mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub”, – Nayem sosial şəbəkədə yazıb.

Saxlanılan şübhəlilərin kimliyi barədə məlumat verilmir.
Qeyd edək ki, Kiyevdə Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku”undan deputatı Mustafa Nayemin çənəsini sındırıb Bakıya qaçan şəxsin görüntüləri yayılıb.
Ukrayna prokurorluğu həmin şəxsin deputatı döyəndən iki saat sonra Kiyevin “Borispol” hava limanından Bakıya uçduğunu təsdiq edib. Amma şəxsin kimliyi açıqlanmayıb, onun barəsində cinayət işi qaldırılması və barəsində axtarış elan edilməsi gözlənilir.
Ukrayna telekanalları bildirir ki, həmin şəxs “Mercedes Galendewagen” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq deputatın idarə etdiyi “Honda” avtomobilinin yolunu kəsib. Bu vaxt tərəflər arasında mübahisə yaranıb. “Mercedes Galendewagen” sürücüsü köməyə dostlarını çağırıb, onlar BMW avtomobilində gəliblər və dava zamanı deputatın çənəsi sındırılıb. Mustafa Nayemə “Mercedes Galendewagen”in idmançı görkəmli sürücüsü zərbə endirib. O, hazırda xəstəxanadadır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












