Gecə saatlarında "TikTok"a stop? - Yeni qaydalar hazırlanır

Avropa Komissiyası hesab edir ki, "TikTok" platformasında "sonsuz sürüşdürmə", "avtomatik oynatma", "push bildirişləri" və tam fərdiləşdirilmiş sistem kimi funksiyaların birləşdirilməsi asılılıq yaradan dizayn modeli formalaşdırır və bu, Avropa Rəqəmsal Xidmətlər Qanununu (ARX) poza bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuata açıqlamasında bildirilib.
Avropa Komissiyası "TikTok"un fəaliyyətini formalaşdıran dizayn elementləri ilə bağlı risklərin azaldılması üçün ağlabatan, mütənasib və effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Sənəddə qeyd olunur ki, ekran vaxtına nəzarət və valideyn nəzarəti ilə bağlı mövcud funksiyalardan istifadə tətbiqin istifadəsinin məhdudlaşdırılmasına müəyyən imkanlar yaratsa da, bu tədbirlər kifayət hesab edilmir.
Bu əsasla Avropa qurumu sosial şəbəkənin xidmətinin əsas dizaynında dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.
Mətbuatda bildirilib ki, xüsusilə asılılıq yaradan "sonsuz sürüşdürmə" funksiyasının söndürülməsi, gecə saatları da daxil olmaqla effektiv ekran vaxtı məhdudiyyətlərinin tətbiqi, eləcə də istifadəçilər üçün dəstək mexanizmlərinin gücləndirilməsi vacib sayılır.
Avropa Komissiyasının sözçüsü Tomas Reynier Brüsseldə keçirilən brifinqdə bildirib ki, Komissiyanın irəli sürdüyü narahatlıqlar aradan qaldırılmadığı təqdirdə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinədək cərimə ilə üzləşə bilər.
Qeyd edək ki, "TikTok"un Rəqəmsal Xidmətlər Qanununa uyğunluğu ilə bağlı araşdırmaya 2024-cü ilin fevral ayında Avropa İttifaqında başlanılıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












