Gecələr yemək yeyənlər həkim XƏBƏRDARLIĞI

Uzun və sağlam yaşamaq üçün insanlar yediklərinə fikir verməlidir. Yaşamaq üçün yemək lazımdır, ancaq görəsən düzgün yeyirikmi? Dövrün qlobal probleminə çevrilmiş piylənmə və mədə-bağırsaq problemləri düzgün qidalanmamaq səbəbindən yaranır. Xüsusilə gecə saatlarında yeməyi vərdiş halına gətirənlər var. Gecə yemək yemə vərdişi ilk olaraq 1955-ci ildə amerikalı psixiatr tərəfindən "həddən artıq yemə problemi" kateqoriyasında təqdim olunub. Bu məsələ ilə bağlı aparılan araşdırmalardan məlum olub ki, İngiltərədə 100 nəfərdən 2-si gecə yemək yemə sindromuna tutulub. Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı gecə yeməyin ziyanlarından danışıb. O qeyd edib ki, gecə saatlarından etibarən metobolizma aparatımızın sürəti ləngidiyi üçün yeyilən qidaların həzmi çətinləşir. Nəticə etibarı ilə həmin qidalardan qlikogen ehtiyatı toplanır, bu ehtiyat da gələcəkdə yağ depolarına çevrilə bilər: "Gecə yeyilən yeməklər həmçinin, öd kisəsində durğunluq, öd kisəsi problemləri, qastritin bir çox formalarına, bağırsaq xəstəliklərinə səbəb ola bilir".
Adətən axşamlar yeyib yatmağa üstünlük veririk, ancaq həkim deyir ki, bu insan orqanizmi üçün çox zərərəlidir. Əhali arasında sıx rast gəlinən reflüks xəstəliyinin yaranma səbəbi də məhz yeyən kimi uzanmaqdır. Hətta, qida borusunun yırtıqları, diafraqmal yırtıqlar və s. kimi qastroentroloji problemlər də bu səbəbdən yaranır. "Axşam 18:00, 19:00-dan sonra yemək olmaz"- məsələsinə də toxununan dietoloq Leyla Zülfüqarlı bunun mif olduğunu deyib: "İnsanlar yatmazdan 3 saat əvvəl yeməklərini yeyib bitirməlidir. Nəzərə alsaq ki, əhali işləyir və evə gec saatlarda çatırlar. Məsələn, əgər siz 00:00-da yatırsınızsa, 21:00-a qədər yeməyinizi yeyib bitirə bilərsiniz. Xüsusilə, qlisemik indeksi aşağı olan qidalara üstünlük verməyiniz məsləhətdir".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












