Gədəbəydə "fəxri diplom" alan məmurdan açıqlama: "Özümə nifrət elədim" - VİDEO

Sosial şəbəkədə Gədəbəy rayonunda "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin "ölkə Prezidentinin adından" rayonun Kommunal Müəssisələri Kombinatının direktor əvəzinin "mükafatlandırılması" məsələsinə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında sözügedən kombinatın baş mühəndisi və direktor əvəzi Ruslan Mustafayev bildirib ki, baş vermiş hadisə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən tənbeh edilib:
"Məsələ ötən həftənin dördüncü günü olub. Mən iclas edirdim, birdən Fəqani Hüseynov əlində telefon çəkə-çəkə otağa girdi. O, rayonda qeyri-adekvat davranışları ilə tanınan bir adamdır.
Düzünü desəm, elə vəziyyət yarandı ki, mən həmin an başqa addım da ata bilmədim. Nə niyyətlə gəldiyini də bilmirdim, iclası davam etdirdim. Bu vaxt o əlindəki sellofandan bir kağız çıxardı, öz-özünə danışmağa başladı. Yenə də nə danışdığına fikir vermədim, dediklərinin mahiyyətinə varmadım.
Açığı, elə vəziyyətdə idim ki, qəbul etməyə bilmədim. Məcbur qəbul etdim. Lazımsız bir şey kimi məcbur qəbul etdim ki, bitsin bu məsələ. Fikirləşdim ki, bu kimdir ki, məni təltif etsin? Başqa addım ata bilmədim. Çünki dediyim kimi, çox nataraz adamdır. Videonu da birinci özü-çəkə-çəkə otağa gəlmişdi, sonra da iclasda olan işçilərin birinə verdi, o çəkdi. Məsələ belə oldu.
Rayon İcra Hakimiyyətinə də məlumat daxil olan kimi məni çağırdılar, tənbeh etdilər, danladılar. Onsuz da yaranan vəziyyətə görə özüm-özümü bağışlaya bilmirəm. Özümə nifrət elədim. Heç yaxşı hal deyildi, amma and olsun Allaha, özüm də olanlardan baş aça bilmədim, təsadüfdən yaranan bir problem oldu".
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












