“Gediş haqqının qaldırılmasına deyil, aşağı salınmasına çalışılmalıdır”

Sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi KİV-lərdə paytaxtın ictimai nəqliyyatında gediş haqqının iki dəfə artacağı barədə qeyri-rəsmi xəbərlər yayılmaqdadır.
Bu xəbərlərə siyasi ekspert Məhəmməd Əsədullazadə də reaksiya verib.
M.Əsədullazadə deyib:
“Bakının bərbad ictimai nəqliyyatından istifadə üçün qabaqcadan pul almaq planı müzakirə edilir.
Azərbaycanda ictimai nəqliyyat pensiyaçılara, tələbələrə, müəllimlərə, əlillərə və müharibə veteranlarına pulsuz olmalıdır. Bayram günlərində və digər xüsusi günlərdə ictimai nəqliyyat pulsuz xidmət göstərməli, xərci dövlət qarşılamalıdır. Hələ də ictimai nəqliyyat bərbaddır. Baxmayaraq ki, yeni müasir sərnişin avtobusları gətirilib. Amma düzgün idarəetmə olmadığı üçün bu sistem özünü doğrultmur. İctimai nəqliyyatda gediş haqqının qaldırılmasına deyil, aşağı salınmasına çalışılmalıdır.
Xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməlidir. Amma yenidən gediş haqqının qaldırılması ilə bağlı müzakirələr başlanıb. Əvvəlcədən ödəniş sisteminə keçmək isə bir növ o deməkdir ki, qabaqcadan pulu al, avtobusu xəttə buraxma”.(Medianews.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












