“Gələcəkdə Bakı-Gəncə sərnişin qatarının sürəti artırılacaq” - Cavid Qurbanov

“Bakı-Gəncə istiqaməti üzrə sərnişin qatarı yolu əvvəl 8 saata gedirdi, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu, 4 saat 30 dəqiqə təşkil edir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gələcəkdə bu vaxt 3 saat 30 dəqiqəyə qədər azaldıla bilər. "Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstündən keçməlidir. Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Təhlükəsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçilməlidir”. C.Qurbanov Bakı-Gəncə marşrutu üzrə qatarların hərəkət sürəti barədə də danışıb. O qeyd edib ki, sınaq müddətində sürət saatda 159 kilometrə yüksəlib. "Bəziləri Cavid Qurbanov sözünün üstündə durmur, “dediyi söz yalan çıxır” deyirlər. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Bu açılış president İlham Əliyevin yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130-135 kilometrdir. Qatarın texniki imkanları saatda 300 kilometrə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini saatda 160 kilometrə qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gediləcək". C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gedişhaqqının artırılması nəzərədə tutulmayıb. "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uygun tənzimlənəcək. Qatar Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Nafatalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








