Gələn həftədən ucuz evlərin satışı başlayır - VİDEO

Mənzil sahibi olmaq istəyənlər diqqətiniz xəbərimizdə olsun. Mayın 7-si saat 10:00-dan etibarən sosial mənzillərin satışına başlanılacaq. Avtosfer.az xəbər verir ki, ilkin olaraq satışa 260 mənzil çıxarılacaq. Bu evlərdə yaşayış üçün hər cür şərait yaradılıb.
İlk öncə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına start veriləcək. Mövcud qaydalara əsasən, ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bazar ertəsi satışa ilk 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğaclari ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Mənzillər vətəndaşlara güzəştli şərtlərlə təklif olunur. Satış qiyməti də İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.
Mənzili güzəştli ipoteka krediti vasitəsilə alan vətəndaş da minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə endirim əldə edəcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












