Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş tutulmalarının vaxtını açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a AMEA-dan məlumat verilib. ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək. Belə ki, ilk Günəş tutulması 2019-cu il yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona çatacaq. Növbəti Günəş tutulması 2019-cu il iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və iyulun 3-də 01:50-də sonlanacaq. Sonuncu Günəş tutulması isə 2019-cu il dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












