Gələn ildən polisin maaşı artırılacaq

Fransa Daxili İşlər Nazirliyi və üç əsas polis həmkarlar təşkilatı arasında 2019-cu ildən maaşların artırılması barədə razılıq əldə olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu həftənin əvvəlindən polis həmkarlar ittifaqları işçiləri təhlükəsizlik qüvvələrinə çəkilən xərclərin azaldılmasına, ağır əmək şəraitinə qarşı etiraz aksiyaları keçirməyə çağırır. Məsələn, “Alliance Police Nationale” həmkarlar təşkilatı ötən gün polisi bütün iş günü ərzində öz yerlərini yalnız sıradankənar hallarda tərk etməyə çağırıb. Ötən gün axşam daxili işlər naziri Kristof Kastanüer və dövlət katibi Lorent Nunyes həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçiriblər. “Unite-SGP Police-FO” həmkarlar təşkilatının Baş katibi İv Leföbr bildirib ki, imzalanan protokola gərə, 2019-2020-ci illər ərzində maaşların rütbə və staja görə orta hesabla 120-150 avro artırılacaq. Qeyd edək ki, polisin tələbləri “sarı jiletlilər” hərəkatının irimiqyaslı etirazları fonunda irəli sürülüb.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










