Gəlin ərini döyüb qayınanasını baltaladı - Qobustanda

Qobustan rayonunda gəlin həyat yoldaşı və qayınanasına xəsarət yetirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Poladlı kəndində baş verib. Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib. Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qayınanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib. Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127. 1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












