Gəlinin etdiyi zarafat NİKAHI POZLDU

Türkiyədə nikah mərasimində gəlinin dediyi söz başına bəla olub. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, Manisada nikah mərasimində gəlinin gələcək həyat yoldaşı ilə zarafat etmək məqsədilə dediyi söz nikahın baş tutmamasına səbəb olub. İndi cütlük evlənmək üçün yenidən nikah tarixi təyin etməli olacaq.
Məlumata görə, 9 il sevgili qaldıqdan sonra evlənmək istəyən Xədicə Koşman və Turqut Dinçərin dünən nikahı olmalı imiş. Gəlin Xədicə Koşman naz edərək həyat yoldaşını bir az intizarda saxlamaq məqsədilə nikah məmurunun “Turqut Dinçəri həyat yoldaşı olaraq qəbul edirsinizmi?” sualına “Yox demək mümkün deyil, əlbəttə ki, bəli” cavabını verib. Bu sözdən sonra gəlin gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Nikah məmuru nikahı rəsmiləşdirməkdən imtina edib. Gəlinlə bəy nikah məmurunu razı salmağa cəhd etsələr də, bu mümkün olmayıb və gənclər evlənmədən evə qayıtmalı olub.
Hadisənin şokunu yaşayan Turqut Dinçər nişanlısının onunla zarafat etmək istədiyini deyib. O bildirib ki, Xədicə uzun müddət imiş ki, nikahın qeyri-adi keçməsi üçün çalışaraq videolara baxırmış.
“Toya 50-60 nəfər də dəvət etmişdik. 15 dəqiqə yalvardıq nikah məmuruna, qəbul etmədi. Çərşənbə axşamı yeni nikah tarixi almaq üçün müraciət edəcəyik. Bütün xərclərimiz boşa getdi” – deyə bəy bildirib.
Gəlin isə əməlindən peşman olduğunu və bir daha belə zarafat etməyəcəyini deyib. Nikah məmuru isə açıqlamasında bildirib ki, nikahı rəsmiləşdirməkdən imtina etdiyinə peşman deyil:
“Mən 6 ildir ki, bu işlə məşğulam. İlk dəfə idi ki, belə hadisə ilə qarşılaşırdım. Biz cütlüklərin ağzından çıxan ilk kəlməyə baxırıq. Biz qərar verəndə hakim kimi qərar veririk. Belə etməməli idilər. İndi zəhmət çəkib yenidən nikah tarixi alarlar”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












