Gəlinin toy günü başqası ilə qaçmasının səbəbi bəlli oldu

Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Qaracala kənd sakinlərinin Aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlana qoşulub-qaçıb: “Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə, valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub-qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”. Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












