Gəmidə ölənlərin ailələrinə kompensasiya veriləcək - SƏFİR

"Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək". Avtosfer.az xəbər verir ki, bunu Trend.az-a açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə İrana məxsus gəmidə baş verən zəhərlənmə hadisəsilə bağlı deyib. Səfir bildirib ki, zəhərlənmə baş verən gəmi Qazaxıstandan Azərbaycana yük daşımaqla məşğul olub: "Gəmi heyəti Qazaxıstan sərhədində zəhərlənib. Özlərini dərhal Azərbaycan sahilinə çatdırıblar. Xoşbəxtlikdən Azərbaycanın Sahil Mühafizə Qüvvələri onların köməyinə çatır və onları xəstəxanaya gətirir. Hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib. Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək". Səfir bildirib ki, dünyasını dəyişənlərin cənazələri hələlik İrana təhvil verilməyib. Xatırladaq ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991), Əhməd Məsud Məhəmmədrza (08.11.1991), Məhəmmədzaman Salmanxaleqi (1982), Vahid Mirzayi (1985), Seyid Məhəmmədi Məhəmməd (1985) və Hameddin Qulipurdur (1989). 3 nəfərsə həkim briqadası gələnə qədər dünyasını dəyişib. Onlar İranın Ənzəli şəhərinin vətəndaşları Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990). Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır. İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI










