Gənc oğlan yol kənarında bıçaqlanıb - Mehdiabadda

Abşeron rayonunun Mehdiabad qəsəbəsində dava zamanı 1 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 1991-ci il təvəllüdlü Xanbabayev Coşqun Nazir oğlu Digah qəsəbəsinə gedən yolda tanışı ilə hələlik bilinməyən səbəblərdən mübahisə edib. Adı və soyadı açıqlanmayan şəxs C.Xanbabayevin döş qəfəsinə bir bıçaq zərbəsi vurub. C.Xanbabayev ağır xəsarət aldığından çoxlu qan itirib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Abşeron Rayon Polis İdarəsi əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin cinayət əməlindən sonra ərazini tərk etdiyini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












